Gənc oğlanı avtomobil vuraraq qaçıb - Bakıda

Qəzalar 19 Aprel 2018 10:02 Oxunub 701
Gənc oğlanı avtomobil vuraraq qaçıb - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Suraxanıda baş verib

Bakının Suraxanı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, 23 yaşlı Səfərov Şahin Afat oğlu Əmircan qəsəbəsində yolu keçmək istəyən naməlum markalı avtomobil tərəfindən vurulub. Sürücü yaralını hadisə yerində qoyaraq məsuliyyətdən yayınmaq üçün oradan uzaqlaşıb. Yaralı "təcili tibbi yardım" maşını vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Suraxanı Rayon Polos İdarəsinin əməkdaşları araşdırma aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh