Sərnişin təyyarəsi təcili eniş edib – 1 ölü

Qəzalar 19 Aprel 2018 10:07 Oxunub 748
Sərnişin təyyarəsi təcili eniş edib – 1 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təcili enişə səbəb təyyarənin mühərriklərinin birində tüstüləmənin başlaması olub

ABŞ-ın Atlanta şəhərinin "Hartsfild-Cekson" (Corciya ştatı) sərnişin təyyarəsi təcili eniş edib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə hava limanının "Twitter" səhifəsində məlumat yayılıb. Məlumata əsasən, təcili enişə səbəb təyyarənin mühərriklərinin birində tüstüləmənin başlaması olub. İnsident nəticəsində xəsarət alan olmayıb.

"Fox News" telekanalının məlumatına əsasən, təyyarə "Delta Air Lines" aviaşirkətinə məxsusdur və Londona uçurmuş. Qeyd edək ki, ötən gün "Southwest Airlines" aviaşirkətinin sərnişin təyyarəsi Filadelfiya şəhərinin (Pensilvaniya ştatı) hava limanında qəza enişi edib. Təyyarənin mühərriklərindən biri alışıb və bir nəfər həlak olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh