Rayon maşınlarının Bakıya girişinə yenidən qadağa qoyulur - DYP-dən AÇIQLAMA

Yol polisi 19 Aprel 2018 10:09 Oxunub 1830
Rayon maşınlarının Bakıya girişinə yenidən qadağa qoyulur - DYP-dən AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün növ yük avtomobillərinin paytaxta girişinə məhdudiyyətlər tətbiq ediləcək

Paytaxtımızda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisi yarışları ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq 2015-ci ilin protokoluna uyğun olaraq Bakı şəhərində hərəkət sıxlığının aradan qaldırılması məqsədilə 23 aprel 2018-ci il tarixdən etibarən Bakı qeydiyyatında olmayan nəqliyyat vasitələrinin o cümlədən bütün növ yük avtomobillərinin paytaxta girişinə məhdudiyyətlər tətbiq ediləcək.

Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, mayor Rüfət Quliyev məlumat verib. "Bu məqsədlə ötən illərdə olduğu kimi Bakı şəhərinin girişlərində müvafiq postlar yaradılmışdır. Bununla yanaşı, nəqliyyat vasitələrinin müvəqqəti saxlanılması üçün xüsusi mühafizə olunan duracaqlar təşkil olunmuş və həmin duracaqlar həm yük, həm də minik avtomobilləri üçün nəzərdə tutulub. Həmin duracaqlardan Bakı şəhərinin müxtəlif istiqamətlərinə sərnişin daşınması üçün marşrut avtobuslar nəzərdə tutulmuşdur. Onu da qeyd edək ki,  duracaqlar ödənişsiz fəaliyyət göstərəcəkdir.

Keçiriləcək yarışın ölkəmiz üçün olducqa böyük əhəmiyyət kəsb edən tədbir olduğundan, eləcədə yollarda nəqliyyat sıxlığı yaranmaması, rahat və fasiləsiz hərəkətin təmin olunması üçün Bakı şəhərinin girişinə qoyulan müvafiq məhdudiyyətlərə ciddi riayət etməyinizi Sizdən xahiş edirik."

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh