Prezidentin zirehli limuzini satışa çıxarıldı - FOTO

Avtobazar 19 Aprel 2018 18:17 Oxunub 3618
Prezidentin zirehli limuzini satışa çıxarıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin yürüş məsafəsi 88 min kilometrdir

Rusiya prezidenti Vladimir Putinin avtomobili “Avto-ru” saytında 8,5 milyon rubla satışa çıxarılıb. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2003-cü il buraxılışı olan göy rəngli zirehli “Mercedes-Benz Pullman W220 S600” limuzini şəxsi kolleksiyadadır. Avtomobilin yürüş məsafəsi 88 min kilometrdir. “Nəqliyyat vasitəsi Kremlin qarajında olub və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin hakimiyyəti vaxtında istifadə edilib”, – elanda deyilir. Elanda avtomobilin xüsusi sifarişlə hazırlandığı qeyd olunur.

Namiq








 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh