Azərbaycanda təcili yardım çağırdılar, həkimlər "011"də gəldi - VIDEO

Gündəm 19 Aprel 2018 10:33 Oxunub 1465
Azərbaycanda təcili yardım çağırdılar, həkimlər "011"də gəldi - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həkim təcili yardım maşını ilə gəlməməsinin səbəbini xəstənin uzaqda olması ilə izah edib

Ağdaş rayonunda səhiyyə adına utanc gətirən hadisə baş verib. Criminal.az saytı xəbər verir ki, xəstələnmiş uşaq üçün təcili yardım çağırılıb. Həkimlər isə təcili yardım maşınında deyil, ''VAZ-21011'' markalı köhnə avtomobildə gəliblər. Onlar uşağı elə həmin köhnə avtomobillə xəstəxanaya çatdırıblar. 

Həkim təcili yardım maşını ilə gəlməməsinin səbəbini xəstənin uzaqda olması ilə izah edib. 

Ağdaş rayon Mərkəzi Xəstəxanasının baş həkimin mövqeyini öyrənmək mümkün olmadı. Xəstəxanadan Criminal.az saytına bildirildi ki, baş vermiş hadisə araşdırılacaq. 

Həmin görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh