Rusiyada sərnişin qatarlarına gecikənlər biletlərini geri qaytara biləcəklər

Gündəm 19 Aprel 2018 10:42 Oxunub 787
Rusiyada sərnişin qatarlarına gecikənlər biletlərini geri qaytara biləcəklər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Amma bütün üzrlü səbəblər sənədlərlə təsdiq olunmalıdır

Rusiya Prezidenti Vladimir Putin "Dəmir yolu nəqliyyatının nizamnaməsi"nə edilmiş dəyişikliyi təsdiqləyib. "Report" xəbər verir ki, dəyişiklik dəmir yolu nəqliyyatında indiyə qədər qaytarılmayan biletlərin xüsusi tarif əsasında geri qaytarılmasını nəzərdə tutur.  Belə ki, sərnişin qatara bədbəxt hadisə, özünün və yaxud ailə üzvünün səhhətində yaranmış problem, həmçinin ölüm halında gecikərsə bileti qaytara biləcək. Amma bütün üzrlü səbəblər sənədlərlə təsdiq olunmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh