Etirazçılar polis maşınının altına girdilər - FOTO

Gündəm 19 Aprel 2018 10:58 Oxunub 876
Etirazçılar polis maşınının altına girdilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nikol Paşinyan polisləri mitinq iştirakçıları tərəfə keçməyə səsləyib

Ermənistanda aprelin 13-dən bəri Serj Sarkisyanın baş nazir postuna gətirilməsinə etiraz əlaməti olaraq başladılan aksiyalar bu gün də davam edir. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, “Elk” müxalif fraksiyası lideri Nikol Paşinyanın rəhbərik etdiyi aksiyada bu gün səhər daha 20 nəfər etirazçı saxlanılaraq polis bölməsinə aparılıb.

Mitinq iştirakçılarının bu gün əsas hədəfi hökumət binası olub. Xüsusi təyinatlı qüvvələr hökumət evi ətrafına toplaşanları oradan uzaqlaşdırmağa çalışıblar. Aksiya iştirakçıları isə polis maşınlarını altına girərək onun hərəkətini məhdudlaşdırmaq istəyiblər.

Ermənistan polisi xatırladıb ki, dövlət idarəetmə orqanları xüsusi mühafizə olunan obyektlərdir və polisin vəzifəsi onları qorumaqdır. Əgər hər hansı hücum təhdidi olarsa polis silahdan istifadə edəcək.  Bu arada Nikol Paşinyan polisləri mitinq iştirakçıları tərəfə keçməyə səsləyib. 

 





ŞƏRH YAZ
Ad

E-mail

Şərh