Bakının mərkəzi yolları bağlanır - XƏRİTƏ

Gündəm 19 Aprel 2018 13:24 Oxunub 1546
Bakının mərkəzi yolları bağlanır - XƏRİTƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu gün adı çəkilən ünvanlarda saat 22:00-dan etibarən

Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə paytaxtın Nərimanov rayonunun Həsənoğlu və Fətəli xan Xoyski küçələrində, üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün adı çəkilən ünvanlarda saat 22:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq. Avtosfer.az AAYDA-ya istinadən xəbər verir ki, məhdudiyyət səhər saatlarına qədər qüvvədə olacaq. Paytaxtda yol infrastrukturunun yenidən qurulması ilə bağlı olaraq aparılan təmir-tikinti işləri çərçivəsində aprelin 20-də gecə saatlarından isə Heydər Əliyev prospektinin “Sabunçu yol qovşağı”ndan “Böyük Şor yol qovşağı”na qədər (mərkəz istiqaməti) olan hissəsində hərəkət qısa müddətlik qismən məhdudlaşdırılacaq. Sürücülərdən qeyd olunan tarixlərdə alternativ yollardan istifadə etmələrinə üstünlük vermələri tövsiyə olunur və sözügedən ünvanlarda hərəkətdə olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. 

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh