AZAL 3 yeni aviareys açır

Gündəm 19 Aprel 2018 15:04 Oxunub 878
AZAL 3 yeni aviareys açır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yay uçuş cədvəli çərçivəsində

“Azərbaycan Hava Yolları” QSC (AZAL) yay uçuş cədvəli çərçivəsində marşrut şəbəkəsində üç yeni istiqamətə - Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərləri (iyunun 15-dən sentyabrın 1-dək), eləcə də Monteneqronun populyar kurortu olan Tivata (iyulun 5-dən sentyabrın 15-dək) birbaşa reyslər yerinə yetirəcək.  Qurumdan Avtosfer.az-a verilən məlumata görə, reyslər komfortlu “Airbus A320” laynerləri ilə həyata keçiriləcək.  Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.

Aviabiletləri AZAL-ın kassalarında və aviaşirkətin rəsmi agentliklərində https://www.azal.az/az/information/sales-offices bronlaşdırmaq və əldə etmək mümkündür. Yaxın zamanda yeni istiqamətlərə aviabiletləri www.azal.az saytında da əldə etmək mümkün olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh