Bakıda əsas yollardan biri bağlanır

Gündəm 19 Aprel 2018 16:05 Oxunub 1303
Bakıda əsas yollardan biri bağlanır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol asfalt örtüyünün yenilənməsi səbəbindən

Aprel ayının 21-i gecə yarısından etibarən Sabunçu körpüsündən Olimpiya stadionuna qədər olan yol asfalt örtüyünün yenilənməsi səbəbindən bir müddətlik bağlanacaq. Bu barədə Avtosfer.az-a məlumat verən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov paytaxtın Sabunçu, Zabrat, Maştağa, Pirşağa  kimi tanınan ərazilərindən şəhərin mərkəzinə doğru Bakı Olimpiya Stadionunun yanı ilə hərəkət edən sürücüləri alternativ yollardan istifadə etməyə çağırıb: “Sürücülər üçün alternativ yol kimi şəhərin mərkəzinə doğru düzünə, həmin körpü ilə Bakıxanov qəsdəbəsindən keçməklə, Nizami rayonu vasitəsilə istənilən istiqamətə nəzərdə tutulub. Və yaxud həmin yoldan gələnlər Sabunçu körpüsü ilə aeroport istiqamətində hərəkət edib Suraxanı, eləcə də hava limanının yanındakı körpüdən beton yola keçməklə Zığ və yaxud Xətai rayon istiqamətində hərəkət edə bilərlər”.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh