Generallar ömürlük həbs cəzası aldı

Gündəm 19 Aprel 2018 20:43 Oxunub 794
Generallar ömürlük həbs cəzası aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
27 hərbçi ömürlük cəzanı ciddi rejimli kolonda çəkəcək

Ankara məhkəməsi  2016-cı il iyul ayında dövlət çevrilişinə cəhddə iştirak etdiyinə görə, 47 hərbi qulluqçunu ömürlük azadlıqdan məhrum edib. Avtosfer.az Türkiyə mediasına istinadən xəbər verir ki, Digər 20 müttəhim isə ümumi rejimli cəzçəkmə müəssisələrinə yerləşdiriləcək.

Bundan başqa 217 nəfər “dövlət quruluşunu dəyişməyə cəhdə dəstək olduqlarına görə” 12-20 il müddətlərinə azadlıqdan məhrum edilib.

Müttəhimlər bundan əvvəl Ankaranın 58-ci artilleriya briqadasında və artilleriya-raket məktəbində xidmət edib.

Məhkəmədə 64 müttəhimin bəraət aldığı bildirilir.

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh