Rayon avtomobilləri bu tarixdən Bakıya buraxılmayacaq - VİDEO

Gündəm 19 Aprel 2018 22:10 Oxunub 1319
Rayon avtomobilləri bu tarixdən Bakıya buraxılmayacaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadağanın nə zaman aradan qaldırılacağı isə məlum deyil.

Rayon qeydiyyatlı maşınlar Bakıya buraxılmayacaq.

Avtofer.az-ın məlumatına görə, aprelin 23-dən növbəti "Formula 1 Azərbaycan Qran Prisi" yarışları ilə əlaqədar paytaxtda qeydiyyatda olmayan minik və yük avtomobillərinin şəhərə girişinə qadağa qoyulacaq.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyevin sözlərinə görə, həmin müddət ərzində paytaxa daxil olmaq istəyən rayon qeydiyyatlı avtomobillər xüsusi duracaqlara yerləşdiriləcək.

Bakıya gəlmək istəyən rayon sakinlərinə tövsiyə olunur ki, avtobuslardan, Sumqayıt sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə etsinlər. Qadağanın nə zaman aradan qaldırılacağı isə hələ ki, məlum deyil.

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh