Buzqıran sualtı qayığın görüntüsü yayılıb - VİDEO

Yeniliklər 19 Aprel 2018 23:13 Oxunub 2104
Buzqıran sualtı qayığın görüntüsü yayılıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekipaj üzvləri toqquşmanı hiss etməyib

İnternetdə  ABŞ-ın “USS Hartford” sualtı qayığının Arktikada qalın buz təqəbəsini dələrək, səthə çıxmasını əks etdirən görüntü yayılıb.

Avtosfer.az xəbər verir ki, sınaq təkcə bayırdan deyil, eyni zamanda sualtı gəminin içindən lentə alınıb. Kadrlarda sualtı qayığın sükan məntəqəsinə toplaşmış ekipaj üzvlərini görmək olur.

Buz təbəqəsinin kifayət qədər qalın olmasına baxmayaraq, ekipaj üzvləri toqquşmanı demək olar ki, hiss etmir.

Əməliyyatın “Ice Exercise” (Buz təlimi) adlı hərbi təlimlər çərçivəsində həyata keçirildiyi bildirilir.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh