Azərbaycan nefti 74 dollar həddini keçdi

Gündəm 19 Aprel 2018 23:54 Oxunub 673
Azərbaycan nefti 74 dollar həddini keçdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu da əvvəlki qiymətdən 1,54 dollar/barel çoxdur

 

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 74,61 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,55 dollar/barel çoxdur. Avtosfer.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 74,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,54 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 18-də 69,63 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,69 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 18-də 73,42 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,57 dollar/barel çoxdur.

Avtosfer.az

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh