Xanım sürücü reyd zamanı qalmaqal yaratdı - VIDEO

Avtosfer TV 20 Aprel 2018 09:17 Oxunub 2291
WhatsApp kanalımıza abunə ola bilərsiniz
83 sürücü saxlanılanılıb, barələrində protokollar tərtib edilib

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə respublika ərazisində mütəmadi reydlər keçirilir. Avtosfer.az-ın məlumatına görə, Ağsu RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti belə tədbir keçiriblər. Reyd zamanı yol hərəkəti qaydalarını pozduqlarına görə, 83 sürücü saxlanılanılıb,  barələrində protokollar tərtib edilib. Reyd zamanı qanuna tabe olmayan xanım sürücülər də olub. Sürücülər qaydaları pozduğu halda polisin qanuni tələblərinə tabe olmaq istəməyiblər.

Rayon ərazisində xidmətin nümunəvi təşkili, qəzaların sayının minimuma endirilməsi, yol hərəkəti qaydalarına riayət olunması məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Tahir 20 Aprel 2018 09:55
Hörmətli Avtosfer.az, Yol hərəkəti haqqında qanun reydlərin keçirilməsini necə tənzimləyir Ümumiyyətlə, REYD nədir və onu nə ilə yeyirlərMümkünsə sualı əkspertlər izah eləsin.Hörmətlə, gündəlik oxucunuz Tahir.