Metroda istifadə qaydalarına dəyişikliklər edilib

Gündəm 20 Aprel 2018 09:31 Oxunub 804
Metroda istifadə qaydalarına dəyişikliklər edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək qadağan edilib

Nazirlər Kabineti "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli Qanununun tətbiqi barədə" Azərbaycan Prezidentinin 2017-ci il 29 dekabr tarixli fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə "Bakı Metropolitenindən istifadə Qaydaları”na dəyişikliklər edib.

Avtosfer.az xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən Bakı Metropolitenində stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək qadağan edilib.

Qeyd edək ki, əvvəlki qaydada stansiyalarda, keçidlərdə və vaqonlarda ancaq siqaret çəkmək qadağan olunmuşdu.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh