Bakıda yol qəzası olub, ölən var

Qəzalar 20 Aprel 2018 09:35 Oxunub 638
Bakıda yol qəzası olub, ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış cəsədi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər

Bakıda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub. Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobili beton maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1972-ci il təvəllüdlü Bağırov Əsəd Ədalət oğlunun sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh