Polis postuna hücum olundu: 3 ölü

Gündəm 20 Aprel 2018 09:38 Oxunub 773
Polis postuna hücum olundu: 3 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Silahlı hücumu törədənlərdən ikisi artıq həbs olunub

Səudiyyə Ərəbistanının Barik və əl-Mucaridə rayonları arasında yerləşən polis postuna naməlum şəxslər tərəfindən silahlı hücum olub. Trend-in məlumatına görə, hücum nəticəsində 3 nəfər polis əməkdaşı həlak olub. Silahlı hücumu törədənlərdən ikisi artıq həbs olunub. Üçüncü şəxsi tutmaq istərkən növbəti insident baş verib. Şübhəli şəxs daha 5 nəfər polis əməkdaşını yaralayıb. Onlardan biri xəstəxanaya aparılarkən yolda ölüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh