DYP əməkdaşı qanunu poza bilərmi?

Yol polisi 9 Yanvar 2015 23:07 Oxunub 2010
DYP əməkdaşı qanunu poza bilərmi?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: «Yol polisi «Yol hərəkəti haqqında» qanunun tələblərindən kənara çıxa bilər, amma...»

Azərbaycanda avtomobil sürücüləri arasında Dövlət Yol Polisi əməkdaşlarının yol hərəkəti haqqında qanunun tələblərinin pozulması ilə bağlı tətbiq etdiyi protokol və cərimələrdən narazı olan xeyli sayda insanın mövcudluğu danılmazdır. Maraqlıdır, bəs sürücülərin qanunun tələblərinə əməl etməsinə nəzarət edən DYP əməkdaşları necə, qorumalı olduqları qanunun tələblərindən kənara çıxa bilərmi? Əgər çıxa bilərsə, bu, hansı hallarda mümkündür? Bununla bağlı Moderator.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Kamran Əliyev yol polisi, habelə digər operativ nəqliyyat vasitələrinin sürücülərinin yol hərəkəti haqqında qanunun tələblərindən çıxmaq səlahiyyətinə malik olduğunu vurğuladı: «Yalnız yol polisi yox, bütün operativ nəqliyyat vasitələrinin sürücülərinin yol hərəkəti haqqında qanunun tələblərindən kənara çıxmaq ixtiyarı var. Onlar xidməti zərurətlə əlaqədaq qanunun tələblərindən kənara çıxa bilər. Lakin bu hərəkətin özü digər nəqliyyat vasitələri, eləcə də digər hərəkət iştirakçıları üçün təhlükə yaratmamlıdır.”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh