Travmatoloq: “Ən çox müraciətlər avtoqəzalarla bağlıdır”

Yazarlar 20 Aprel 2018 10:47 Oxunub 1427
Travmatoloq: “Ən çox müraciətlər avtoqəzalarla bağlıdır”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 “İnstituta daxil olan müraciətlər daha çox avtoqəzalarla bağlıdır”

Son altı ay ərzində 300-dən çox oynaq əməliyyatı həyata keçirilib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Travmatologiya və Ortopediya İnstitunun direktoru İlqar Qasımov deyib.

O bildirib ki, ötən ilin sentyabr ayından indiyə kimi institutda 300-dən çox süni oynaq və bud-çanaq əməliyyatı icra edilib:

“İnstituta daxil olan müraciətlər daha çox avtoqəzalarla bağlıdır. Avtoqəzalar çox ciddi problemlərə, əlilliyə gətirib çıxarır.

 

İl ərzində 50 mindən çox insan ambulator qaydada müraciət edir, 2000-ə qədər əməliyyat icra olunur. Ötən il 960 xəstə avtoqəza nəticəsində instituta gətirilib”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh