Bakıda daha bir lazımsız yol nişanı – Sürət saatda 25 km - FOTO

Xəbərlər 20 Aprel 2018 15:35 Oxunub 2569
Bakıda daha bir lazımsız yol nişanı – Sürət saatda 25 km - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heç kim bu nişanın tələbinə riayət etmir

Kənar Dairəvi yoldan "Sədərək Ticarət Mərkəzi" istiqamətində qanunvericiliyin pozulması ilə yola lazımsız nişan quraşıdırılıb.Avtosfer.az xəbər verir ki, həmin yol nişanı maksimum sürəti məhdudlaşdıran 3.24 nişanıdır. Nişan 25 km/saat sürətdən artıq hərəkət etməyi qadağan edir. Lakin heç kim bu nişanın tələbinə riayət etmir. Əslində qeyd etdiyimiz nişanın heç bir mənası və məntiqi əsası yoxdur. Nişan qoyulan yerdən təxmini 60-70 metr sonra yolayrıcı olduğu üçün nişan qüvvədən düşərək avtomatik olaraq hərəkət sürəti 90 km/saat sürətə qalxır.Bununla yanaşı həmin nişandan əvvəl hərəkət sürəti 90 km/saat sürətdir. Sürücülər 90 km/saat sürətlə hərəkət etdikləri vaxt qarşılarına qəfildən 25 km/saat sürəti bildirən nişan çıxır. Bu isə qanunvericiliyə ziddir.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh