Yol qəzaları və qayda pozuntularının qarşısının alınması - YOLLARI

Yazarlar 20 Aprel 2018 15:38 Oxunub 1547
Yol qəzaları və qayda pozuntularının qarşısının alınması - YOLLARI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nizam-intizam nə qədər yaxşıdırsa, hüquq pozuntuları da o qədər az olacaq...

Cəmiyyətimizdəki hüquq pozuntularının, o cümlədən də yollarımızdakı intizamsızlığın qarşısını almanın səmərəli üsullarından biri də insanlarımızda hüquq pozuntularına dözümsüzlüyün yaradılması olmalıdr. Düzdür, korrupsiya istisna olmaqla, digər cinayət xarakterli əməllərə ictimai dözümsüzlük qənaətbəxş sayıla bilər. Amma xırda hüquq pozuntularına, o cümlədən yol hərəkəti qaydalarını pozma kimi əməllərə adi həyat tərzi kimi baxmaqda davam edirik. Bu məsələyə yanaşmamız dəyişməlidir. İnanın ki, belə qayda pozuntularına hər kəsin pis baxmasına (hətta buna nifrət etməsinə) nail olsaq və bunu hamımız dərk etsək, intizamsız adamlar təkcə polisin yanında cərimə qorxusuna görə yox, hər yerdə özlərini yığışdıracaq və sosial dəyərlərə daha sayğı ilə yanaşacaqlar.

Bu mülahizələrə görə kobud qayda pozan adamları - dostlarınızı, tanışlarınızı, qonşularınızı, qohumlarınızı, iş yoldaşlarınızı həmişə qınayın, onların bu qanunazidd əməllərinə göz yummayın. Belə edəndə əslində siz onlara çox böyük kömək edəcəksiniz, çünki xırda hüquq pozuntuları nə vaxtsa ciddi hüquqi problemə - cinayətə gətirib çıxarır. 

Amma iradı dostcasına, aqressiyasız, xoş niyyəti büruzə verərək bildirin. Bunun əksi qarşı tərəfdə aşağılama kimi qəbul olunarsa, effekt olmayacaq, həm də yersiz mübahisə, hətta dava-dalaş yarana bilər.

Məşhur "Sınmış pəncərələr" nəzəriyyəsini unutmayın: ətrafımızda nizam-intizam nə qədər yaxşıdırsa, hüquq pozuntuları da o qədər az olacaq...

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh