“Zazalı”da DYP və DANX-dan anoloqu olmayan xidmət – FOTO

Xəbərlər 9 Yanvar 2015 23:10 Oxunub 5995
“Zazalı”da DYP və DANX-dan anoloqu olmayan xidmət – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Arxası «VAZ», qabağı «FORD» olan şəxsi maşınla yük maşınlarına qənim kəsiliblər

Moderator.az-a Gəncənin girişindəki "Zazalı" postunun DYP əməkdaslarının gözü qarşısında Nəqliyyat Nazirliyi Gəncə Regional  Dövlət Avtomobil Nəqliyyatı Xitmətinin əməkdaşlarının özbasınalığını əks etdirən məlumat daxil olub. Bildirilir ki, "VAZ 21905" markalı şəxsi masınla "Zazalı" postunda qeyri-qanunu yolla yük maşınlarını saxlayıb yoxlayırlar. "VAZ-21905" markalı avtomobilin sahibi Camallı Nicat İntiqam oğlu olmasına baxmayaraq, maşın etibarnamə ilə Abbasov İlqar Həşim oğluna məxsusdur. Maşının sahibləri isədepartamentdə isləmir. Amma həmin masının üzərinə Azərbaycanın dövlət gerbini və Nəqliyyat Nazirliyinin adını yazıb "Zazalı" postunda yük avtomobilləri üçün zəmanəmizin Ərəbzəngisinə çevriliblər....

Hətta bu maşını standartdan çıxarıblar. Belə ki, maşının qabaq hissəsini "Ford" yığdırıblar, arxası isə "VAZ" olaraq qalır. Şəkildə tam görünür. Maşın qabaqdan "Ford", arxadan "VAZ 21905"-dir. Departamentin maşınları "VAZ 2107" olduğu üçün onların əlindən qaçan maşını tutmaq olmur. Ancaq 99 FV 348 nömrə nişanlı təzə maşın olduğundan sürətlə gedir. 

Maraqlıdır ki, bütün bu pozuntular "Zazalı" postunda xidmət aparan DYP əməkdaşlarının gözləri önündə baş verir, amma bəlli səbəblərdən "susmaq qızıldır" məntiqi qanunları üstələyir...

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh