DYP ilə bağlı yazılanlar təsdiqini tapmasa sayt məhkəməyə veriləcək - CAVAB

Avtoxəbər 20 Aprel 2018 16:40 Oxunub 1802
DYP ilə bağlı yazılanlar təsdiqini tapmasa sayt məhkəməyə veriləcək - CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tağım komandiri Hikmət Qafarov barəsində yazılanların əsassız və şər-böhtan olduğunu deyir

“DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 11-ci tağımı ilə bağlı bakunews.az saytında yayılan məlumat araşdırılacaq. Əgər araşdırmalar zamanı yazıda qeyd olunan hallar təsdiqini tapmazsa o zaman saytın rəhbərliyi ilə bağlı məhkəməyə müraciət ediləcək”. Bu barədə Avtosfer.az-a 11-ci tağımın komandiri, polisi mayoru Hikmət Qafarov məlumat verib. O, barəsində yazılanların əsassız və şər-böhtan olduğunu deyib. Bildirib ki, yazılanların heç biri hansısa fakta əsaslanmır: “Mən məsələnin araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müraciət etmişəm. Yazıda qeyd olunanlar hər bir məqam üzrə araşdırma aparılacaq. Yazılanlar təsdiqini tapmadığı təqdirdə həmin saytın rəhbərliyini məhkəməyə verəcəm. Çünki o yazıda Dövlət Yol Polisinin imicina zərbə vurulub, şəxsən mənə və mənim tabeliyimdə olan əməkdaşlara şər-böhtan atılıb. Bunu yazanlar qanun qarşısında cavab verməli olacaqlar”.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh