İNANILMAZ; sürücüsüz taksilər işə düşür

Avtobazar 8 May 2014 15:38 Oxunub 1971
İNANILMAZ; sürücüsüz taksilər işə düşür
WhatsApp kanalımıza abunə ola bilərsiniz
PRT layihəsi iki il ərzində gerçəkləşməlidir

Birləşmiş Ərəb Əmirliyində yeni taksi müştərilərin ixtiyarına verilir. Dubayda şəxsi avtomatik nəqliyyatın – “sürücüsüz taksi” xidmətinin işə salınacağı gözlənilir. Bu barədə çərşənbə axşamı Gulf News qəzeti bildirib. Birləşmiş Ərəb Əmirliklərinin nəşrinə əsasən “gələcəyin şəhər nəqliyyatı” kimi də təsvir edilən PRT layihəsi iki il ərzində gerçəkləşməlidir. PRT şəhər və şəhərətrafı yüksək teknoloji nəqliyyat növüdür. Avtomatik (sürücüsüz) fəaliyyət göstərən sistem müəyyən edilmiş yollar şəbəkəsinin istifadəsilə sərnişin daşınmasını təmin edir. Bu kimi layihələr artıq 1953-cü ildə işlənilməyə başlanılıb. Lakin onların gerçəkləşməsi yol hərəkatının təhlükəsizliyilə bağlı problemlərə görə ləngiyib. Hazırda bu nəqliyyat növü Londonun Heathrow hava limanında işləyir. Eyni zamanda PRT layihəsinin Abu Dabidə sınaqları keçirilir.

 

Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh