İçərisində 6 nəfər olan avtomobil dərəyə düşüb

Avtoxəbər 21 Aprel 2018 20:12 Oxunub 1212
İçərisində 6 nəfər olan avtomobil dərəyə düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qar dərəsinə düşən şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır

Göygöl rayonunda avtomobil qar dərəsinə düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Hacıkənd-Tülallar yolunda baş verib. Belə ki, içərisində 6 nəfər olan "UAZ" markalı avtomobil qarlı və küləkli hava şəraiti səbəbindən yoldan çıxaraq tara düşüb. İlkin məlumatlara görə, qar və palçıq səbəbindən sürücünün avtomobilini yola çıxarması mümkün olmayıb. Əraziyə kömək çağıran şəxslər hazırda soyuq hava şəraiti səbəbindən cətinlik çəkdiklərini bildiriblər.

Ərazi kənd icra nümayəndəliyindən bildirilib ki, həmin əraziyə sepli texnika lazımdır və bununla bağlı Göygöl rayon İcra Hakimiyyətinə məlumat verilib: "Texnikanın cəlb edilərək qar dərəsinə düşmüş şəxslərin xilas edilməsi istiqamətində işlərə başlanılacaq".

Qeyd edək ki, hazırda rayon ərazisində qarlı və soyuq hava şəraiti davam edir.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh