AZAL-ın təyyarəsi məcburi eniş etdi

Avtoxəbər 21 Aprel 2018 21:12 Oxunub 1720
AZAL-ın təyyarəsi məcburi eniş etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Buna səbəb əlverişsiz hava şəraiti olub

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Moskva reysini həyata keçirən sərnişin təyyarəsi Sankt-Peterburqun "Pulkovo" hava limanında məcburi eniş edib.

Avtosfer.az  xəbər verir ki, bu barədə AZAL-ın "Facebook" səhifəsində yayılan məlumatda deyilir.

Məlumatda bildirilir: "Moskvanın "Vnukovo" hava limanında (VKO) əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın J2-830 reysi "Pulkovo" hava limanına (LED) uğurlu eniş edib. Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Sankt-Peterburqdan Moskvaya yola düşəcək".

 

Avtosfer.az 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh