Ağsuda iki "Jüquli" toqquşub

Avtoxəbər 21 Aprel 2018 21:50 Oxunub 1149
Ağsuda iki "Jüquli" toqquşub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib

Ağsu rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın  xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağsunun Navahı kəndi ərazisində qeydə alınıb. İki “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində Ağsu rayonu Qaraməmədli kənd sakini 1988-ci il təvəllüdlü Abbasov Yalçın Kazım oğlu, həyat yoldaşı 1994-cü il təvəllüdlü Pəri Abbasova, sərnişini 2000-ci il təvəllüdlü Abbasov Tacir Azər oğlu və digər avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü Kərimov Mübariz Mikayıl oğlu ağır bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh