Sürücü idarəetməni itirərək avtomobili aşırıb-Samuxda

Avtoxəbər 21 Aprel 2018 23:00 Oxunub 1129
Sürücü idarəetməni itirərək avtomobili aşırıb-Samuxda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya səbəb avtomobilin təkərinin partlaması olub

 

Samux rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, 1980-ci il təvəllüdlü rayon sakini Məmmədov Elman Həsənəli oğlunun idarə etdiyi avtomobilin təkəri hərəkətdə olan zaman partlayıb. Bu zaman sürücü idarəetməni itirərək avtomaşını aşırıb. Nəticədə E.Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh