Pomidor daşıyan yük maşını digər yük avtomobili ilə toqquşdu - Yevlaxda

Qəzalar 23 Aprel 2018 00:30 Oxunub 1042
Pomidor daşıyan yük maşını digər yük avtomobili ilə toqquşdu - Yevlaxda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində bir nəfər xəsarət alıb

Bakı-Qazax yolunun Yevlax rayonu ərazisinə düşən 292-ci km-də xəsarətlə nəticələnən qəza baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Elxan Xurşudovun sükanı arxasında olduğu yük avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış başqa bir yük maşınına çırpılıb. Nəticədə E.Xurşudov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. E.Xurşudov idarə etdiyi yük avtomobili ilə pomidor daşıyırmış.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh