DİN: Qanunsuz saxlanılan silah-sursat müsadirə edilib

Gündəm 23 Aprel 2018 14:05 Oxunub 868
DİN: Qanunsuz saxlanılan silah-sursat müsadirə edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktlarla bağlı araşdırmalar aparılır

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Bəxtiyar Qasımovun mənzilindən 1 ədəd pnevmatik, 1 ədəd idman tapançaları və 28 ədəd patron aşkar edilərək götürülüb.

Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Ayaq Qərvənd kəndində yaşayan Şəfayət Abdullayevin evindən 3 ədəd tüfəng, 1 ədəd idman tapançası, 52 ədəd müxtəlif çaplı patron, 1 beşbarmaq, 1 süngü-bıçaq, 1 bıçaq, 29 ədəd giliz və 1 patron darağı aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh