Onların biganəliyi nəticəsində yollar sıradan çıxır - VİDEO

Avtosfer Foto 23 Aprel 2018 14:10 Oxunub 1925
Onların biganəliyi nəticəsində yollar sıradan çıxır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yağıntılı havalardan sonra suyu kənara vuran nasos işə salınmır

2016-cı ilin sonunda istifadəyə verilən Ramana-Maştağa avtomobil yolunda yerli icra strukturlarının biganəliyi və işinə səhlənkar yanaşması nəticəsində yolun asfalt-beton örtüyü sıradan çıxır. Belə ki, yolun tikintisi zamanı səth sularının toplaşdığı ərazidə suyun kənarlaşdırılması üçün xüsusi quyu inşa edilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a bildirlib ki, quyuya yığılan su kütləsi nasos vasitəsi ilə yaxınlıqdan keçən su kanalına axıdılır. Lakin yerli icra strukturlarının biganəliyi nəticəsində yağıntılı havalardan sonra həmin nasos işə salınmır. Nəticədə isə atmosfer yağıntılarından əmələ gələn su kütləsi yolun hərəkət hissəsinə dolur. Bu isə həm vətəndaşların rahat gediş-gəlişinə mane olur, həm də tədricən asfalt-beton örtüyünün sıradan çıxmasına gətirib çıxarır.

Problemin qısa müddət ərzində aradan qaldırılması üçün aidiyyəti üzrə rəsmi şəkildə müraciət olunub.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh