Astarada ötən il istifadəyə verilən yolda çatlar əmələ gəlib - FOTO

Gündəm 23 Aprel 2018 14:32 Oxunub 906
Astarada ötən il istifadəyə verilən yolda çatlar əmələ gəlib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Yolda çalaların sayı artmaqdadır

 

Astarada 2017-ci ilin son aylarında istifadəyə verilən və dağ kəndlərini birləşdirən Təxtənəkəran-Miki avtomobil yolunun ayrı-ayrı hissələrində asfalt örtüyü tədricən sıradan çıxmağa başlayıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, nəticədə bir neçə yerdə çatlar və çalalar əmələ gəlib. Yolda çalaların sayı artmaqdadır. Yolun bəzi hissələrində qaya parçaları, bəzi hissələrində isə torpaq qatı sürüşüb. Sakinlərin sözlərinə görə, asfalt örtüyündə problem əsasən yolun 3-cü kilometrliyindən yaranıb. Təxtənəkəran-Miki avtomobil yolundan ümumilikdə 10 kəndin sakinləri istifadə edir.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh