Türkiyə dron-kamikadzelərini modernləşdirib

Texnologiya 23 Aprel 2018 14:34 Oxunub 1582
Türkiyə dron-kamikadzelərini modernləşdirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
STM yenilənmiş BPLA aparatının təqdimatını aprelin 25-29-da Antalyada keçiriləcək

ABŞ-ın Türkiyəyə pilotsuz uçuş aparatı satmaqdan imtina etməsi Ankaranı öz dronlarının istehsalını sıfırdan başlamağa vadar edib. “Anadolu” agentliyi xəbər verir ki, Ankara diqqətini PUA-ların, o cümlədən BPLA-kamikadze kəşfiyyat aparatlarının müasir modifikasiyasına yönəldib.  Dron-kamikadzelərin digər PUA-lardan fərqi ondandır ki, bu aparatlar hədəfi təyin etməklə yanaşı, onu məhv etmək gücünə malikdir. Bununla yanaşı, hədəf tapılmasa, dronlar start nöqtəsinə geri qayıdır.  Avtosfer.az-ın oxu.az-a istinadən məlumatına görə, Türkiyənin STM hərbi şirkəti ALPAGU Blok II və KARGU pilotsuz uçuş aparatlarını modernləşdirib.

“Yüksək taktiki-texniki xüsusiyyətlərinə görə bu PUA-lar döyüş əməliyyatlarında əhəmiyyətli üstünlüyə malik olur”, - STM şirkətinin baş direktoru Davud Yılmaz deyib.

Onun sözlərinə görə, bir qrup “ağıllı” uçuş aparatlarını eyni anda idarə etmək üçün xüsusi texnologiya yaradılıb.

STM yenilənmiş BPLA aparatının təqdimatını aprelin 25-29-da Antalyada keçiriləcək Türkiyənin ilk beynəlxalq hava sərgisini olan “Eurasia Airshow”da təqdim edəcək. Bu tədbir çərçivəsində türk şirkətlərinə öz dronlarını digər ölkələrə satmaq üçün müqavilə imkanlarının yaradılacağı istisna deyil. Yılmaz qeyd edib ki, bir çox dövlətin türk PUA-larına marağı artacaq.

Agentliyin məlumatına görə, ALPAGU, ALPAGU Blok II, KARGU və БПЛА TOGAN dronları avtomatik idarəetmə imkanına malikdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh