“Adobe Flash” ləğv edilir - RƏSMİ

Texnologiya 23 Aprel 2018 14:38 Oxunub 1558
“Adobe Flash” ləğv edilir - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ləğv ediləcək “Flash” texnologiyasını əvəz edəcək sistemlər isə “HTML5”, “WebGL” və “WebAssembly” olacaq

İnternet texnologiyasının sürətlə artması nəticəsində bu günə qədər aktiv istifadə edilən bir çox texnologiyalar öz fəaliyyətlərini dayandırırlar. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “W3Tech” şirkətinin yeni hesabatında qeyd edilib. Cari il üçün hesablanan statistikaya görə, sadəcə aprel ayı ərzində “Flash” texnologiyasından istifadə edən saytların sayı yalnız 4,8% təşkil edib. Bu səbəbdən də “Flash” texnologiyası tədricən internetdən yox olacaq.

 

“Flash” texnologiyasının fəaliyyətinin dayandırılması ilə bağlı bir çox şirkətlər, eləcə də “Palo Alto Network” şirkətinin analitikləri DoS hücumlarının, sistemlərə nəzarəti ələ keçirmək üçün saytlara yeridilərək, boşluqlardan istifadə edən proqramların azaldığını bildiriblər. Belə tendensiya bilavasitə “Flash” texnologiyasından istifadə dinamikası ilə bağlıdır, çünki bu birbaşa köhnə İT məhsullarının təhlükəsizliyi məsələsində əsas boşluqlardan biridir.

Məsələ ilə bağlı “Adobe” şirkəti özü “Flash” texnologiyasının fəaliyyətinin dayandırılacağı rəsmi tarixi açıqlayıb. Rəsmilərin sözlərinə görə, 2020-ci ildən sonra bu sistem işləməyəcək. Həmin vaxt bütün şirkətlər və fəaliyyətdə olan brauzerlər (“Apple”, “Mozilla” və “Google”) sözügedən texnologiyadan istifadəni dayandıracaq.

Ləğv ediləcək “Flash” texnologiyasını əvəz edəcək sistemlər isə “HTML5”, “WebGL” və “WebAssembly” olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh