AZAL Səudiyyə Ərəbistanının daha 4 şəhərinə uçuş planlaşdırır

Gündəm 23 Aprel 2018 14:39 Oxunub 879
AZAL Səudiyyə Ərəbistanının daha 4 şəhərinə uçuş planlaşdırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aviabiletlər satışa buraxıldığı zaman bu barədə əlavə məlumat veriləcək

Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Səudiyyə Ərəbistanının daha 4 şəhərinə uçuşlar yerinə yetirməyi planlaşdırır. AZAL-dan Avtosfer.az-a verilən məlumata görə, Səudiyyə Ərəbistanından olan tərəfdaşlar ilə mayın 15-dən Mədinə şəhərinin hava limanına, mayın 18-dən Ciddə aeroportuna, iyunun 15-dən Qassim aeroportuna, iyulun 1-dən isə Hail aeroportuna müntəzəm reyslərin yerinə yetirilməsi üzrə danışıqlar aparılır.

Xatırladaq ki, aviaşirkət iyunun 15-dən etibarən Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərlərinə reyslərin yerinə yetirilməsi barədə artıq razılıq əldə edib. Bununla da, Azərbaycanın milli aviadaşıyıcısının Səudiyyə Ərəbistanında uçuşlar yerinə yetirəcəyi şəhərlərinin sayı 6-ya çatacaq.

Yeni reyslərin açılması Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.

Aviabiletlər satışa buraxıldığı zaman bu barədə əlavə məlumat veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh