Protiv gedir, nömrəsi yox, fara yanmır - Ölüm saçan sürücü - VIDEO

Yazarlar 23 Aprel 2018 16:01 Oxunub 1174
Protiv gedir, nömrəsi yox, fara yanmır - Ölüm saçan sürücü - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Kasıb adamam" deyib yazıq sifəti almaqla heç kim ona kömək etməyəcək

Sosial şəbəkələrdə yayılmış video izləyənlərin qınaq obleykitnə çevrilib. Belə ki, qaranlıq vaxtı, işıqları və nömrəsi olmayan köhnə  “QAZ 24” markalı avtomobil hərəkətin əksinə gedir. Özü də qaranlıq vaxtda. Yoluna çıxdığı sürücü isə avtomobili saxlayaraq onun geri dönməsini istəyir. Maşından düşən sürücü yaxınlaşaraq “kasıb adamam, bura daha yaxındır, ona görə gedirəm” deyir. Amma digər sürücü ona izah edir ki, bu vəziyyətdə ya özünü, ya da digərlərini qəzaya salıb xəsarət yetirə bilər. Qayda pozan sürücü inad göstərdikdə onun qarşısını kəsən sürücü polis çağıracağını bildirir. 

Videonu çəkən şəxs qınaq obleyktinə çevriləcəyini bildiyi üçün bu sözləri də videoya əlavə edib. “İndi bəlkə də deyəcəksiniz ki, gücünüz kasıba çatır, amma 1 manatından keçməyib işığını dəyişməyən, "protv" gedən bu “kasıb” sizin əzizlərinizin olduğu avtomobili vursa və xəsarət yetirsə necə olacaq?”.

Qeyd edək ki, bu cür məsuliyyətsiz sürücülər az deyil. Yalnız özlərini düşünən və “mənə heç nə olmaz” prinsipi ilə hərəkət edənlər bəlkə də nə qədər böyük fəlakətlərə səbəb olacaqlarının fərqinə varmırlar. Məsələn, elə bu avtomobilin sürücüsü bahalı bir maşını vursa, deyək ki, xəsarət də olmasa, onda necə edəcək? Avtomobili nə ilə düüzəltdirəcək? “Kasıb adamam" deyib yazıq sifəti almaqla heç kim ona kömək etməyəcək. Nömrəsi yox, texniki baxışı yox, sığortası da ki Allah bilir”.

Avtosfer.az həmin gprüntüləri təqdim edir:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh