Bakıda maşın yandı, başqa sürücülər söndürdü - VIDEO

Avtosfer TV 23 Aprel 2018 15:08 Oxunub 2192
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsanların bir anda yanğınsöndürən balonla köməyə gəlməsi təqdirəlayiqdir

Bəzən el arasında “oqnaduşitel” dediyimiz avtomobil üçün nəzərdə tutulan yanğınsöndürmə balonlarına o qədər də əhəmiyyət etmirik. Qanunda da cəriməsi o qədər çox deyil deyə “onsuz da QAİ yoxlamır” prinsipi ilə hərəkət edirik. Amma bu avtomobil üçün çox vacib elementdir. Bakıda çəkilmiş bu kardlarda yolun ortasında avtomobil yanır. Sürücü isə heç bir şey edə bilmir. Amma ərtafdakılar dərhal müdaxilə edərək hərəsi bir yanğınsöndürmə balonu götürərək yanan avtomobili söndürməyə nail olurlar. Avtomobil çox xəsarət almaddan söndürülür. 

Təsəvvür edin ki, avtomobil hərəkətin az olduğu yerdə bu hadisə ilə qarşılaşsaydı sürücü nə edərdi?

Avtosfer.az həmin gprüntüləri təqdim edir:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh