Azərbaycan-Gürcüstan sərhədində yeni körpünün inşası gələn il bitəcək

Yeniliklər 23 Aprel 2018 15:16 Oxunub 1330
Azərbaycan-Gürcüstan sərhədində yeni körpünün inşası gələn il bitəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Körpü üzərində nəzarəti Rusiya tərəfi təmin edəcək 

Azərbaycan-Gürcüstan sərhədində Samur çayı üzərində avtomobil körpüsü 2019-cu ildə başa çatacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Körpünün tikintisi ötən ilin oktyabr ayında başlayıb. Uzunluğu 325 metr təşkil edəcək. Körpü üzərində nəzarəti Rusiya tərəfi təmin edəcək.

Bundan əvvəl Rusiya KİV-ləri yazırdı ki, körpünün tikintisi 1,2 milyard rubla başa gələcək. Layihəni hər iki tərəf maliyyələşdirir.

Xatırladaq ki, Azərbaycan və Rusiya hökumətləri arasında yeni körpünün tikintisi haqqında sənəd 2013-cü il sentyabrın 13-də imzalanıb. Yeni körpü 1957-ci ildə tikilmiş, hazırda da istifadə olunan körpünü əvəz edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh