Bakıya gətirilən yeni qatar - FOTO

Yeniliklər 23 Aprel 2018 15:22 Oxunub 1465
Bakıya gətirilən yeni qatar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni qatarların hər bir vaqonunda 16 USB portu olmaqla, ümumilikdə 80 port var

Bakı Metropoliteni QSC yeni gətirilən 5 vaqonlu sərnişin qatarının təqdimat mərasimi keçirib. Avtosfer.az xəbər verir ki, təqdimat mərasimində jurnalistlərə açıqlama verən qurumun mətbuat katibi Nəsimi Paşayev qatarın son texnologiyalarla təmin edildiyini və 31 il istifadə edilməsinin nəzərdə tutulduğunu bildirib: “Bu ilin fevralında Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə 2 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Artıq qatarın biri Bakıya gətirilib. Növbəti qatar isə mayda gətiriləcək. Qatarın vaqonları arasında keçid mövcuddur. Havalandırma sisteminə, oturacaqlarına və qapılarının enli olmasına görə əvvəlki qatarlardan fərqlənir. Qatardakı ultrabənövşəyi işıqlarla havanın təmizlənməsi mümkündür. Qatardakı manitorlarda sərnişinlər üçün məlumatlar göstəriləcək. Yeni qatarların hər bir vaqonunda 16 USB portu olmaqla, ümumilikdə 80 port var. Sərnişinlər rahatlıqla telefonlarını enerjiyə qoşa biləcəklər. Yeni qatarın sərnişin tutumu da digərlərinə nisbətən çoxdur. Həmçinin bu qatarlarda əlillər və yükləri olan şəxslər üçün də xüsusi yer ayrılıb”. Nəsimi Paşayev sonda onu qeyd edib ki, Metropoliten “Bənövşəyi xətt”in B3 adlanan stansiyasında, eləcə də “Dərnəgül” elektrik deposunda tikinti işlərini sürətləndirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh