Ramil Usubov rəis müavini təyin etdi

Yol polisi 23 Aprel 2018 15:45 Oxunub 2456
Ramil Usubov rəis müavini təyin etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İdarənin rəisi AzTV sədri Arif Alışanovun qardaşı Akif Alışanovdur

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir kadr dəyişikliyi edib. Avtosfer.az mia.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə Sumqayıt şəhər Mühafizə İdarəsinin rəis müavini əzifəsinə təyinat olub. Yeni rəis müavini Quliyev Arif Balaqədeş oğludur. O, bu təyinata qədər Sumqayıt şəhər Mühafizə İdarəsində Növbətçi Hissədə çalışıb.

Onu da qeyd edək ki, Sumqayıt şəhər Mühafizə İdarəsinin rəisi AzTV sədri Arif Alışanovun qardaşı Akif Alışanovdur.

Xatıqladaq ki, bir müddət öncə R.Usubovun əmri ilə sabiq rəis müavini Araz Cavadov tutduğu vəzifədən azad edilərək, Zəngilan rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinə baş inspektor təyin olunmuşdu.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh