"Xəyalımdakı ictimai nəqliyyat" - VİDEO

Gündəm 23 Aprel 2018 16:28 Oxunub 1065
"Xəyalımdakı ictimai nəqliyyat" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı Nəqliyyat Agentliyi müsabiqə elan etdi

Bakı Nəqliyyat Agentliyi məktəblilər üçün "Xəyalımdakı ictimai nəqliyyat" adlı rəsm musabiqəsi elan edir. Agentliyin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Avtosfer.az-a bildirib ki, müsabiqədə IV-IX sinif şagirdləri iştirak edə bilər. Onlar xəyal gücündən istifadə edərək çəkdikləri avtobus, taksi və s. rəsminin fotosunu Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidirlər. Qalib məktəbliyə Agentlik tərəfindən tablet hədiyyə ediləcək. Məqsəd ictimai nəqliyyatdan istifadəni təşviq etmək, həmçinin, paytaxtın marşrut şəbəkəsi ilə bağlı yeniliklərdə məktəblilərin də idea və təkliflərini öyrənməkdir.  

Rəsmlərin fotosu [email protected] elektron poçt ünvanına və ya Bakı Nəqliyyat Agentliyinin rəsmi facebook səhifəsinin ismarıc bölməsinə 01.06.2018 tarixinədək təqdim edilməlidir. Qalib məktəbli 11-13 iyun Baku Expo Mərkəzində keçiriləcək "Road&Traffic2018" sərgisində BNA-nın 1204 saylı stendinin ziyarətçiləri tərəfindən səsvermə yolu ilə seçiləcək.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh