Üç deputat yeni vəzifəyə təyinat aldı

Gündəm 23 Aprel 2018 20:01 Oxunub 1320
Üç deputat yeni vəzifəyə təyinat aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Deputatlardan biri nazir, biri komitə sədri, biri isə xidmət rəisi oldu

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Avtosfer.az xəbər verir ki, yeni vəzifəyə təyinat alanlardan üç nəfəri Milli Məclisin deputatıdır.

Azərbaycanın Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə deputat Fuad Rauf oğlu Muradov sədr təyin olunub.

Millət vəkili Fuad Muradov bu təyinatadək Milli Məclisin Gənclər və idman komitəsinin sədri idi.

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi də millət vəkilidir.  Vüsal Əfqan oğlu Hüseynov 91 saylı Ucar Seçki Dairəsindən deputat seçilib.

Ekologiya və təbii sərvətlər naziri vəzifəsinə isə Milli Məclisin deputatı Muxtar Babayev təyin olunub.

Muxtar Babayev 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 

 

Avtosfer.az 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh