Marsa göndəriləcək robot-roverlər hazırlanıb

Gündəm 23 Aprel 2018 22:23 Oxunub 939
Marsa göndəriləcək robot-roverlər hazırlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mars robot-roverlərin dizaynı üzərində işlər başa çatıb

Avropada “Struktur termal model” (“STM”) adlandırılan və 2020-ci ildə Mars planetinə göndərilməsi nəzərdə tutulan Mars robot-roverlərin dizaynı üzərində işlər başa çatıb. Avtosfer.az xəbər verir ki, Avropa Kosmik Agentliyinin “ExoMars” proqramı çərçivəsində hazırlanan üç roverdən biri qırmızı planetdə həyatın mövcudluğunu araşdıracaq. “STM”lərin dizaynı da buna uyğun tərtib edilib. Bu, Mars roverləri sərt zəmində hərəkət etdirmək üçün sınaqdan keçiriləcək. Onların ikisi yerdə qalacaq və fors-major situasiyalarda istifadə olunacaq. Bütün bu arqumentlər “ExoMars” proqramının yekun variantında nəzərə alınıb.

“STM”lər “Airbus” şirkətinin Böyük Britaniyadakı “Stevenage” zavodunda yığılır və təkmilləşdirilməsi, habelə ekoloji testdən keçirilməsi üçün Fransanın Tuluza şəhərində göndəriləcək. Mühəndis Ebbi Hattinin sözlərinə görə, son testlərdə Mars roverlərin raketlə fəzaya göndərilməsi zamanı vibrasiyalara və təkanlara davamlılığı sınaqdan keçiriləcək.

Mayın 8-də Avropa Kosmik Agentliyinin toplantısı keçiriləcək. Bu tədbirdə roverlərin bütün göstəricilərinin bir daha nəzərdən keçirilməsi və Marsa göndərilməsi üçün yekun rəy verilməsi nəzərdə tutulur. “ExoMars” proqramının aparıcı mütəxəssisi Yorq Veyqo bildirib ki, roverlərdə Marsda həyat əlaməti axtarmaq üçün nəzərdə tutulan “analitik siyirtmələr” adlanan bölmədə problemlər mövcuddur və onlar yenidən sınaqdan keçiriləcək.

Avtosfer.az

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh