Sürücülərin diqqətinə - Bu yollarda duman var

Gündəm 24 Aprel 2018 01:15 Oxunub 909
Sürücülərin diqqətinə - Bu yollarda duman var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BNA sürücülərə diqqətli olmalarını tövsiyə edir

Hazırda paytaxtın Heydər Əliyev prospekti ("Koroğlu" metrostansiyasından hava limanı istiqamətində), Ziya Bünyadov prospekti ("Koroğlu" metrostansiyası istiqamətində) Sabunçu-Zabrat yolunda, Bakıxanov, Qaraçuxur qəsəbələrində, Nizami rayonun müəyyən hissəsində duman müşahidə edilir. Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Avtosfer.az-a bildirib ki, sürücülərə diqqətli olmaları tövsiyə edilir. 

Məlumat üçün qeyd edək dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospektinin bəzi hissəsində (Sabunçu körpüsündən Əmircan qəsəbəsinə və Bilhəhdən Mərdəkan qəsəbəsinədək) sürət həddi bütün zolaqlar üzrə 20 km/saat endirilib.  

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh