"Heç bir taksi sürücüsü buna görə cərimələnə bilməz" - EKSPERT

Yeniliklər 24 Aprel 2018 08:44 Oxunub 1546
"Heç bir taksi sürücüsü buna görə cərimələnə bilməz" - EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
1 yanvar 2019 tarixinədək

"İnzibati Xətalar Məcəlləsinə edilən və dünən rəsmən imzalanan dəyişiklik taksi sürücləri üçün maraqlı olacaq. Taksilərin tək-tükündə taksometr var. Bəzən DYP taksi sürücülərinə bu qurğu olmadığına görə İXM-in 322.0.2-ci maddəsinə əsasən 40-50 manat cərimə yazırdı." Bunu Avtosfer.az-a aşıqlamasında yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov deyib. O, bildirib ki, dünən təsdiqlənən dəyişikliyə görə təkcə taksometrin olmamasına görə yox, həm də onun nasaz və ya plombu pozulmuş olmasına görə cərimə müəyyən edilir.

"Amma bu dəyişiklik 1 yanvar 2019-cu ildən qüvvəyə minir. Qanunda birbaşa göstərilir ki, bu dəyişiklik qüvvəyə minənədək həmin xəta köhnə redaksiyada da tətbiq edilə bilməz. Bu isə o deməkdir ki, heç bir taksi sürücüsü 1 yanvar 2019-cu il tarixinədək taksometrin olmamasına görə cərimələnə bilməz. Görünür, düşünürlər ki, 1 yanvar 2019 tarixinədək taksilər taksometrlə təmin olunacaq. Amma şəxsən mənə bu, inandırıcı görünmür."

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh