Taxoqrafdan istifadə etməyən avtobus və yük avtomobillərinə cərimələnəcək?

Yeniliklər 24 Aprel 2018 11:52 Oxunub 1394
Taxoqrafdan istifadə etməyən avtobus və yük avtomobillərinə cərimələnəcək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin cərimə bu gündən ləğv olunur, yeni cərimə isə 1 yanvar 2019-dan qüvvəyə minir

İnzibati Xətalar Məcəlləsinə edilən və dünən rəsmən imzalanan başqa bir dəyişiklik taxoqrafdan istifadə ilə bağlıdır. Bu dəyişiklik də 1 yanvar 2019-cu ildən qüvvəyə minir. Yenilik odur ki, 1 yanvar 2019-cu ildən daxili daşımalarda da taxoqrafdan istifadə etməyənlər cərimələnəcək. Ölkədaxili daşımalarda taxoqrafın olması bu avtobuslar və yük avtomobilləri üçün məcburidir:

- icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün (maksimum sürəti 40 km/saatdan az olanlar istisna olmaqla);

- şəhərlararası (rayonlararası) sərnişin daşımalarında istıfadə olunan avtobuslar üçün (daşıma məsafəsi 50 km-dən az olanlar istisna olmaqla).

Şəhəriçi avtobuslar və taksilər üçün, eləcə də kiçik yük avtomobilləri üçün taxoqraf nəzərdə tutulmur.

Yol Hərəkəti Təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, bu dəyişikliyə qədər yalnız beynəlxalq daşımalarda taxoqrafdan istifadə etməyən avtobuslara və yük avtomobillərinə görə cərimə var idi. Maraqlısı odur ki, həmin cərimə bu gündən ləğv olunur, yeni cərimə isə 1 yanvar 2019-dan qüvvəyə minir. 

"Deməli, bu gündən başlayaraq 1 yanvar 2019-dək beynəlxalq daşımalarda da taxoqrafdan istifadə etməyən avtobuslara və yük avtomobillərinə görə heç kəs cərimələnə bilməz. Amma ölkədaxili daşımalarda kütləvi taxoqraflaşma yaxın müddət üçün inandırıcı deyil."

ŞƏRH YAZ
Ad

E-mail

Şərh