Bir ailənin 10 üzvü yol qəzasında öldü

Qəzalar 24 Aprel 2018 10:15 Oxunub 955
Bir ailənin 10 üzvü yol qəzasında öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya konteynerin yük maşınından yola düşməsi səbəb olub

Meksikanın Kolima ştatında yol qəzası nəticəsində bir ailənin 10 üzvü həyatını itirib. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, qəzaya yük maşınından konteynerin yola düşməsi və bir neçə maşına çırpılması səbəb olub. Ölənlərin hamısı zərər çəkən maşınlardan birinin salonunda olub. Yol qəzası qurbanları arasında 4 uşaq var. Daha 2 nəfər xəsarət alıb.

Traylerin sürücüsü hadisə yerindən qaçıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh