Saatlida piyadalarla maarifləndirici reyd keçirilib - FOTO

Yol polisi 24 Aprel 2018 14:53 Oxunub 1390
Saatlida piyadalarla maarifləndirici reyd keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi hərəkətin intensiv olduğu ərazilərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki reyd keçirib. DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, reyd zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb, onlarla DYPB-nin əməkdaşları tərəfindən maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.

Piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədilə bu cür reydlərin davam etdirilməsi nəzərdə tutulur.

 

Toğrul Nəsirli,

polis leytenantı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh