"Mercedes" 25 minə yaxın avtomobilini geri çağırıb

Avtoxəbər 24 Aprel 2018 15:54 Oxunub 1236
"Mercedes" 25 minə yaxın avtomobilini geri çağırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək

"Mercedes-Benz" şirkəti Rusiyada 25 minə yaxın avtomobilini geri çağırıb. Trend-in məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır. Məlumatda qeyd olunur ki, təhlükəsizlik yastıqları bəzi hallarda heç bir səbəb olmadan işə düşə bilər. Qeyd edək ki, geri çağırılma 2014-2017-ci illərdə Rusiyada satılmış A, B, C, eləcə də CLA, GLA, GLC modellərinə şamil olunur. Şirkətdən bildirilib ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh